Bitkoin 2 %-dən çox ucuzlaşıb

Bitkoin 2 %-dən çox ucuzlaşıb Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 62 min ABŞ dollarına düşüb.
Maliyyə
27 Aprel , 2024 16:53
Bitkoin 2 %-dən çox ucuzlaşıb

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 63 min ABŞ dollarından aşağı düşüb.

“Report” xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 2,3 % ucuzlaşaraq 62,852 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 1 trilyon 236 milyard ABŞ dolları həddinə enib.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 0,15 % azalaraq 3,12 min ABŞ dolları olub.

İlk onluqda qərarlaşan altkoinlərdən ən çox dəyər itirən isə “Solana”dır (5,2 % azalıb).

Kriptovalyuta bazarının toplam dəyəri 2,32 trilyon ABŞ dollarına düşüb.

İngilis versiyası Bitcoin price drops over 2%

Son xəbərlər

Orphus sistemi