“AzerGold” maliyyə hesabatları üçün auditor axtarır

“AzerGold” maliyyə hesabatları üçün auditor axtarır “AzerGold” QSC Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) uyğun hazırlanmış illik maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.
Maliyyə
6 Noyabr , 2020 09:56
“AzerGold” maliyyə hesabatları üçün auditor axtarır

“AzerGold” QSC Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) uyğun hazırlanmış illik maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri noyabrın 30-u, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 8-i, saat 15:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

Tenderin nəticəsi dekabrın 9-da, saat 15:00-da portalda açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi