Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanda 2015-ci ildə toplanmış sığorta haqlarının 26,3%-i və yaxud 116,5 mln. manatı həyat sığortasının payına düşüb. Nəticədə, 2014-cü illə müqayisədə həyat sığortası bazarı 10,9% böyüyüb.
"Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov məlumat verib.
Həyat sığortasındakı yığımların 59,3%-i və yaxud 69 mln. manatı həyatın yaşam sığortası, 26,3%-i və yaxud 30,7 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığorta, 13,1%-i və yaxud 15,3 mln. manatı həyatın ölüm halından sığortası, 1%-i və yaxud 1,2 mln. manatı əmək qabiliyyətinin sığortası, cəmi 0,3%-i və yaxud 326 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
ASA sədri qeyd edib ki, hesabat ilində həyat sığortası üzrə ödənişlərin məbləği isə 52,2 mln. manat təşkil edib. Bu da ümumi ödənişlərin 29%-ni təşkil etməklə, 2014-cü ilə nisbətən 1,8 dəfə çoxdur.
Həyat sığortasında ödənişlərin 91,7%
O.Bayramovun sözlərinə görə, hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 44,8 manat ödəniş edilib. Maraqlıdır ki, 2014-cü ildə bu rəqəm 27,2 manat olub.