​Azərbaycan kənd təsərrüfatı sığortasına dövlət dəstəyi ilə bağlı qanun layihəsi hazırlayır

​Azərbaycan kənd təsərrüfatı sığortasına dövlət dəstəyi ilə bağlı qanun layihəsi hazırlayır Maliyyə naziri sığorta şirkətlərini müştərilərə daha diqqətlə yanaşmağa çağırıb
Maliyyə
2 İyul , 2015 12:17
​Azərbaycan kənd təsərrüfatı sığortasına dövlət dəstəyi ilə bağlı qanun layihəsi hazırlayır

Bakı. 2 iyul. REPORT.AZ/ Bu ilin fevral ayında Azərbaycanda həyata keçirilən milli valyutanın devalvasiyası ölkənin bank sektoruna, həmçinin sığorta bazarına mənfi təsir göstərib.

"Report"un verdiyi xəbərə görə, bunu Bakıda keçirilən sığorta forumunda maliyyə naziri Samir Şərifov bildirib: "Sığorta şirkətləri potensial təhdidləri qiymətləndirməlidir. Həmçinin, bank sektoruna dəyən zərərin mənfi təsiri qiymətləndirilməlidir".

Nazir qeyd edib ki, son 5 ildə Azərbaycanda önəmli addımlar atılıb və sığorta bazarının genişləndirilməsində önəmli dəyişikliklərə nail olunub: "Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsini hazırlamışıq. İcmalda göstərilib ki, Azərbaycan sığorta bazarı dayanıqlıdır və yaxşı kapitalizasiya edilib. Biz bunun gələcəkdə də davam etdirilməsinə çalışırıq".

S.Şərifov bildirib ki, yerli sığorta şirkətləri istehlakçılarla işə daha çox fikir verməlidir və mənfəətlərini aşağı keyfiyyətli xidmət müqabilində artırmamalıdır. Nazir əlavə edib ki, növbəti 2-3 ildə sığorta sektorunda institutsional quruculuq işləri davam etdirilməlidir və Nazirlik bu prosesi maliyyə baxımından dəstəkləyəcək.


Nazir digər önəmli sahənin kənd təsərrüfarı olduğunu qeyd edib və bildirb ki, Azərbaycanda etibarlı kənd təsərrüfatı sığortası strategiyaları işlənməlidir: "Biz hökumət və Milli Məclisə kənd təsərrüfatı sığortasına dövlət dəstəyi ilə bağlı qanun layihəsi hazırlayıb təqdim edəcəyik".

Son xəbərlər

Orphus sistemi