​"Azər-Türk Bank" bazara yeni məhsul çıxarıb

​"Azər-Türk Bank" bazara yeni məhsul çıxarıb Yeni məhsul bankın müştərilərini əlavə vaxt itkisindən azad edəcək
Maliyyə
12 Avqust , 2016 13:17
​Azər-Türk Bank bazara yeni məhsul çıxarıb

Bakı. 12 avqust. REPORT.AZ/ "Azər-Türk Bank" ASC müştərilərə "MasterCard PayPass" adlı təmassız ödəniş kartlarını təqdim edib. Bankdan "Report"a verilən məlumata görə, yeni kartlar sahiblərinə "MasterCard PayPass" loqotipi ilə təchiz olunmuş POS-terminallarda bir toxunuşla ödəniş etmək imkanı yaradacaq.

Kart sahibləri kartlarını təmassız ödənişləri qəbul edən POS-terminallara yaxınlaşdırmaqla xırda ödənişləri PİN-kod daxil etmədən həyata keçirə biləcəklər. Bu da "Azər-Türk Bank"ın "MasterCard PayPass" təmassız ödəniş kartlarının sahiblərini əlavə vaxt itkisindən azad edəcək.

Eyni zamanda, Bank təsərrüfat subyektlərinə təqdim etdiyi POS-terminallarda da təmassız ödənişlərin qəbulunu aktivləşdirir. Artıq ən son texnologiya ilə təchiz olunmuş kartlarla da bu tip POS-terminallarda ödəniş etmək mümkündür.

"Azər-Türk Bank"ın "MasterCard PayPass" təmassız ödəniş kartlarına sahib olmaq istəyən şəxslər Bankın istənilən filialına müraciət edə bilər, yaxud www.azerturkbank.az saytı vasitəsilə online qaydada debit və kredit kartları sifariş edə bilərlər.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 manat olan 50 mln. ədəd səhm əsasında formalaşıb. Səhmlərin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bankası"na, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi