ARDNF dekabrda valyuta hərraclarındakı satışın 25 %-ni təmin edib

ARDNF dekabrda valyuta hərraclarındakı satışın 25 %-ni təmin edib 2023-cü ilin dekabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi valyuta hərraclarında satılmış 603,8 milyon ABŞ dolları vəsaitin 149,9 milyon ABŞ dolları və yaxud 24,8 %-i Dövlət Neft Fonduna (ARDNF) məxsus olub.
Maliyyə
7 Yanvar , 2024 11:28
ARDNF dekabrda valyuta hərraclarındakı satışın 25 %-ni təmin edib

2023-cü ilin dekabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi valyuta hərraclarında satılmış 603,8 milyon ABŞ dolları vəsaitin 149,9 milyon ABŞ dolları və yaxud 24,8 %-i Dövlət Neft Fonduna (ARDNF) məxsus olub.

Bu barədə "Report"a Fonddan bildirilib.

Başqa sözlə, AMB ötən ay da valyuta ehtiyatlarının bir hissəsini (453,9 milyon ABŞ dolları) hərraca çıxarmalı olub. Bununla belə, ay ərzində qurumun valyuta ehtiyatları 997,1 milyon ABŞ dolları və yaxud 9,4 % artaraq 10 milyard 615,9 milyon ABŞ dollarından 11 milyard 613 milyon ABŞ dollarına çatıb.

Son xəbərlər

Orphus sistemi