Yunanıstanda basketbol matçı bomba həyəcanı üzündən təxirə salınıb

Yunanıstanda basketbol matçı bomba həyəcanı üzündən təxirə salınıb Yunanıstanın "Panatinaikos" və İspaniyanın "Barselona" komandaları arasındakı matç yarımçıq qalıb
Komanda
20 Dekabr , 2014 09:53
Yunanıstanda basketbol matçı bomba həyəcanı üzündən təxirə salınıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Basketbol üzrə Avropa Liqasında Yunanıstanın "Panatinaikos" və İspaniyanın "Barselona" komandaları arasında keçirilən matç bomba həyəcanı üzündən təxirə salınıb. "Report"un məlumatına görə, xəbər Afinadakı "Olimpik" İdman Kompleksində oynanılan qarşılaşma zamanı yayılıb. 

Nəticədə matç yarımçıq qalıb. Yetkili şəxslər isə təhlükəsizliyi qorumaq üçün salonun boşaldılmasını istəyiblər. Hələlik hadisə ilə bağlı rəsmi açıqlama verilməyib. 

Son xəbərlər

Orphus sistemi