Yay Olimpiya Oyunları uğrunda mübarizədə Paris də Bakıya rəqib olacaq

Yay Olimpiya Oyunları uğrunda mübarizədə Paris də Bakıya rəqib olacaq Fransa prezidenti ölkə paytaxtının namizədliyinə dəstək verəcəyini açıqlayıb
Komanda
7 Noyabr , 2014 12:31

Bakı. 7 noyabr. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland 2024-cü il Yay Olimpiya Oyunlarının Parisdə keçirilmə ideyasını dəstəkləyib. "Report"un məlumatına görə, Olland TF1 telekanalına açıqlamasında müvafiq qərarın qəbul olunacağı təqdirdə, Parisi namizəd şəhər kimi təmsil edəcəyini bildirib.

Fransa Milli Olimpiya Komitəsi (MOK) hələlik 2024-cü il olimpiadasına ərizə ilə müraciət etməyə dair qərar verməyib. Bununla bağlı yaradılacaq Təşkilat Komitəsinə 50 - 80 milyon avro lazımdır. MOK ictimaiyyət arasında sorğu yolu ilə vətəndaşların Oyunlara maraq səviyyəsini nümayiş etdirmək niyyətindədir. Paris 2012-ci il olimpiadasına da namizəd olub, amma Londona 6 səs fərqlə uduzub. 

Qeyd edək ki, 2024-cü il Yay Olimpiya Oyunlarına ərizə qəbulu proseduru 2015-ci ildə başlanacaq. Qalib şəhər isə 2017-ci ildə açıqlanacaq. Potensial namizədlər arasında Almaniyanın Berlin və Hamburq, Türkiyənin İstanbul, İtaliyanın Roma və Qətərin Doha şəhərləri ilə yanaşı, Azərbaycan paytaxtı Bakının da adı çəkilir. 

Son xəbərlər

Orphus sistemi