Voleybolla bağlı Bakıda keçirilən beynəlxalq seminar başa çatıb - FOTO

Voleybolla bağlı Bakıda keçirilən beynəlxalq seminar başa çatıb - FOTO Seminar iştirakçılarına sertifikatlar verilib
Komanda
2 İyul , 2016 17:16
Voleybolla bağlı Bakıda keçirilən beynəlxalq seminar başa çatıb - FOTO

Bakı. 2 iyul. REPORT.AZ/ Beynəlxalq Voleybol Federasiyasının (FİVB) Bakıda keçirilən II dərəcəli məşqçi seminarı başa çatıb.

"Report"un məlumatına görə, bu məqsədlə Bakı Voleybol Mərkəzində toplantı keçirilib.

Toplantıda seminara rəhbərlik edən türkiyəli Nejat Sancak, yerli federasiyanın baş katibi Elşən İsmayılov, Milli Olimpiya Komitəsinin nümayəndəsi Ceyhun Rəhmanov və seminara qatılan 13 xarici və 17 yerli məşqçi iştirak edib.

E.İsmayılov seminar iştirakçılarına təşəkkürünü bildirib: "Hər birinizə gələcək işlərinizdə uğurlar arzu edirəm. Sizlərdən bir neçəsi ilə söhbət etdim. Onlar sertifikat almasalar da təşkilatçılara və iştirakçılara təşəkkürlərini bildirdilər. Yaradılan şərait yüksək səviyyədə idi. Düşünürəm ki, hər biriniz seminarda iştirak etməkdən məmnun oldunuz. Biz də öz növbəmizdə, iştiraka görə sizə minnətdarlığımızı bildiririk".

Baş katib ilk dəfə keçirilən bu cür seminarın gələcəkdə də Bakıda təşkil olunacağına ümid etdiyini söyləyib.

Sonda məşqçilərə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, iyunun 20-də başlayan və Milli Olimpiya Komitəsinin dəstəyi ilə keçirilən seminarda iştirak edən məşqçilərin nəticələri FİVB-yə göndəriləcək. Beynəlxalq federasiyanın qərarına əsasən məşqçilərə "Beynəlxalq Məşqçi Sertifikatı" veriləcək. Cavablar AVF-yə göndəriləcək.

Son xəbərlər

Orphus sistemi