Türkiyə yığmasının baş məşqçisi istefa verib

Türkiyə yığmasının baş məşqçisi istefa verib Ergin Ataman karyerasını "Qalatasaray"da davam etdirəcək
Komanda
31 Avqust , 2016 15:16
Türkiyə yığmasının baş məşqçisi istefa verib

Bakı. 31 avqust. REPORT.AZ/ Türkiyənin kişilərdən ibarət basketbol yığmasında baş məşqçi istefası gerçəkləşib. 

"Report"un məlumatına görə, "Qalatasaray"ın da baş məşqçisi olan Ergin Ataman yığmadakı vəzifəsindən ayrılıb.

Məsələ ilə bağlı açıqlama verən Türkiyə Basketbol Federasiyasının prezidenti Harun Erdenay "NTV Spor" kanalına açıqlamasında yeni baş məşqçi axtarışlarına başladıqlarını bildirib: "Ergin Ataman "Qalatasaray"dakı hədəflərindən ötrü yığma komandadan getdi və yoluna klubda davam edəcək. Onunla 3 illik müqavilə imzalamışdıq və bu gün həmin müddət başa çatdı. Ondan mövsüm sonunadək qərar verərək, bizə bildirməsini istədik. Ancaq baş məşqçi yoluna "Qalatasaray"da davam etmək istədi".

Qeyd edək ki, Engin Ataman 2014-cü ildən Türkiyə yığmasında çalışır.  

Son xəbərlər

Orphus sistemi