​Türk fanatlar rusiyalı voleybolçulara məişət tullantıları atıblar

​Türk fanatlar rusiyalı voleybolçulara məişət tullantıları atıblar Voleybolçu: "Qalatasaray" azarkeşləri özlərini qeyri-adekvat aparıblar"
Komanda
30 Mart , 2016 05:17
​Türk fanatlar rusiyalı voleybolçulara məişət tullantıları atıblar

Bakı. 30 mart. REPORT.AZ/ İstanbulun "Qalatasaray" klubunun azarkeşləri İstanbulda Avropa Konfederasiya Kubokunun final oyunu zamanı Krasnodar (Rusiya) "Dinamo"su voleybolçularının üzərinə zibil atıblar.

"Report" xəbər verir ki, bu barədə öz "Instagram" səhifəsində Rusiya klubunun oyunçusu Tatyana Koşelyeva yazıb.

"Türk komandasının fanatları özlərini olduqca qeyri-adekvat aparıblar, onların sözləri və hərəkətləri bizə olan nifrətlərini göstərirdi. Tribunalardan başımıza zir-zibil tullayırdılar! Mənim üçün ən sarsıdıcı məqam isə "Qalatasaray"ın baş məşqçisinin mənə və komandamızın heyət üzvlərinə orta barmağını göstərməsi oldu", — deyə Koşelyeva bildirib.

Martın 29-da İstanbulda keçirilən ilk qarşılaşma Türkiyə klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi