Bakıdakı Ümumdünya Şahmat Olimpiadasının vaxtının dəyişdirilmə səbəbi açıqlanıb

Bakıdakı Ümumdünya Şahmat Olimpiadasının vaxtının dəyişdirilmə səbəbi açıqlanıb Bu, sentyabrın 15-də Azərbaycanda yeni dərs ilinin başlanması ilə əlaqədardır
Komanda
17 Fevral , 2016 10:50
Bakıdakı Ümumdünya Şahmat Olimpiadasının vaxtının dəyişdirilmə səbəbi açıqlanıb

Bakı. 17 fevral. REPORT.AZ/ Bakıdakı Ümumdünya Şahmat Olimpiadası və Beynəlxalq Şahmat Federasiyası (FİDE) Konqresinin vaxtının dəyişdirilmə səbəbi açıqlanıb. "Report"un məlumatına görə, FİDE-nin mətbuat xidməti vaxt dəyişikliyini sentyabrın 15-də Azərbaycanda yeni dərs ilinin başlanması ilə əlaqələndirib.

Açıqlamada deyilir: "Həmin gün hava limanında və ümumilikdə logistika ilə bağlı nələrin baş verə biləcəyini əla başa düşürük. Çoxlu məktəbli, tələbə və onların valideynləri dərslərin başlanması ərəfəsində aktual məsələlərini həll edirlər, tətildən qayıdırlar. Tədbirin qonaqlarının turnirdə rahat iştirak etmələrindən ötrü bütün belə çətinliklərdən və ajiotajdan yayınmaq istəyirik. Buna görə də Azərbaycan rəhbərliyi və Bakı şəhər icra hakimiyyəti ilə birgə hamını qane edən qərar qəbul etdik".

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasının öncə də 17 - 30 sentyabrda keçirilməsi nəzərdə tutulurdu. Yeni qərara əsasən, Olimpiada 1 - 14 sentyabrda, Konqres isə 4-14 sentyabrda baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi