Rusiyalı paralimpiyaçılar iki Olimpiadanı buraxa bilərlər

Rusiyalı paralimpiyaçılar iki Olimpiadanı buraxa bilərlər BPK-nın qərarı 2018-ci il Oyunlarına da aid edilib
Komanda
30 Avqust , 2016 02:46
Rusiyalı paralimpiyaçılar iki Olimpiadanı buraxa bilərlər

Bakı. 30 avqust. REPORT.AZ/ Rusiya 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Yay Paralimpiya Oyunlarında da təmsil oluna bilməyəcək.

"Report"un məlumatına görə, Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) qərarını qüvvədə saxlayan İdman Arbitraj Məhkəməsi diskvalifikasiyanı qarşıdakı yay və qış olimpiadalarına tətbiq edib.

BPK Rusiya Paralimpiya Komitəsini avqustun 7-də bütün beynəlxalq yarışlardan kənarlaşdırıb. Cəza tədbiri Riçard Maklarenin Rusiya idmanındakı dopinq barədə məruzəsi əsasında görülüb. Qərardan CAS-a şikayət ünvanlansa da, rədd edilib.

2016-cı il Yay Paralimpiya Oyunları 7-18 sentyabrda Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi