​Rusiya idmançıları təyyarədə dava saldıqlarına görə Koreyada keçirilən oyunlardan kənarlaşdırılıb

​Rusiya idmançıları təyyarədə dava saldıqlarına görə Koreyada keçirilən oyunlardan kənarlaşdırılıb Beş kişi və dörd qadın aviasiya təhlükəsizliyi haqqında Cənubi Koreya qanunlarını pozmaqda ittiham olunub
Komanda
2 Oktyabr , 2015 12:42
​Rusiya idmançıları təyyarədə dava saldıqlarına görə Koreyada keçirilən oyunlardan kənarlaşdırılıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Cənubi Koreyaya VI Hərbi İdman Oyunlarında iştirak etmək üçün yollanan 9 nəfər Rusiya idmançısı təyyarənin göyərtəsində davranış qaydalarını pozduqlarına görə evə qayıdacaqlar. "Report" TASS-a istinadən xəbər verir ki, idmançılar İnçhon Beynəlxalq Hava limanında polis tərəfindən nəzarətə alınıblar. Bir qədər əvvəl onlar Seul-Moskva reysilə uçarkən, təyyarədə sərxoşluq və qeyri-adekvat davranışa görə Koreya miqrasiya xidməti tərəfindən saxlanılmışdılar.

Beş kişi və dörd qadın aviasiya təhlükəsizliyi haqqında Cənubi Koreya qanunlarını pozmaqda ittiham olunub.

Cənubi Koreya rəsmiləri idmançılara ölkəyə daxil olmaq üçün icazə veriblər, lakin onlar yarışlarda iştiraklarına qadağa qoyulduğu üçün bu təklifi rədd ediblər.

Rusiya komandası yarışlarda iştirakını davam etdirəcək, lakin doqquz idmançının oyunlardan kənarlaşdırılması səbəbindən Rusiya yalnız səkkiz idmançı ilə təmsil olunacaq.

Son xəbərlər

Orphus sistemi