​Qrossmeysterlərin Pekində yarışı: Məmmədyarov Rəcəbovu qabaqlayıb

​Qrossmeysterlərin Pekində yarışı: Məmmədyarov Rəcəbovu qabaqlayıb Dünya İntellektual Oyunları dekabrın 18-dək davam edəcək
Komanda
12 Dekabr , 2014 17:45
​Qrossmeysterlərin Pekində yarışı: Məmmədyarov Rəcəbovu qabaqlayıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Çinin paytaxtı Pekində Dünya İntellektual Oyunları çərçivəsində keçirilən şahmat turnirində ilk günün oyunları başa çatıb. "Report"un məlumatına görə, rapid turnirinə qatılan 16 şahmatçı arasında Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da var. 

Turnirin ilk gününün yekunlarına əsasən, Ş.Məmmədyarov 4 mümkün xaldan 2,5 xal, T.Rəcəbov isə 1 xal toplayıb.

Qeyd edək ki, rapid turniri İsveçrə sistemi üzrə 7 turdan ibarətdir. Bu turnirin qalan 3 turu bu gün keçiriləcək və sonra mükafatçılar müəyyənləşəcək. Dekabrın 13-15-də 15 qoşa turdan ibarət blits-turnir, dekabrın 16-17-də iki rəngli fiqurlarla turnir keçiriləcək. İsveçrə sistemi üzrə keçirilən bu turnir 5 turdan ibarət olacaq. Dünya İntellektual Oyunları dekabrın 18-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi