Qızıl Avropa Liqasına hazırlaşan Azərbaycanın voleybol millisi növbəti məşqinə çıxıb

Qızıl Avropa Liqasına hazırlaşan Azərbaycanın voleybol millisi növbəti məşqinə çıxıb Qızıl Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti məşqinə çıxıb.
Komanda
7 May , 2024 12:40
Qızıl Avropa Liqasına hazırlaşan Azərbaycanın voleybol millisi növbəti məşqinə çıxıb

Qızıl Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti məşqinə çıxıb.

"Report"un məlumatına görə, hazırlıq prosesi Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşib.

Komanda məşqə geniş heyətlə qatılıb. Bəzi legionerlər hazırlıqda iştirak etməyiblər.

Yığma mayın 9-da Sloveniyaya toplanışa yollanacaq.

Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasında ilk oyununu mayın 17-də Xorvatiyaya qarşı keçirəcək. Mayın 18-də isə Faiq Qarayevin yetirmələri Slovakiya ilə qarşılaşacaq. Hər iki matç Xorvatiyada baş tutacaq.

Son xəbərlər

Orphus sistemi