Olimpiya Oyunlarında idmançı və medal dəsti sayına məhdudiyyət qoyulub

Olimpiya Oyunlarında idmançı və medal dəsti sayına məhdudiyyət qoyulub Yay Olimpiya Oyunlarında 10 500-dək idmançı 310, Qış olimpiadasında isə 2900-dək idmançı 100 dəst medal uğrunda mübarizə aparacaq
Komanda
8 Dekabr , 2014 17:34
Olimpiya Oyunlarında idmançı və medal dəsti sayına məhdudiyyət qoyulub

Bakı. 8 dekabr. REPORT.AZ/ Olimpiya Oyunlarında iştirakçı və medal dəsti sayına məhdudiyyət qoyulub. "Report"un məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (İOC) Monakoda keçirilən sessiyasında qərar qəbul olunub. 

Qərara alınıb ki, Yay Olimpiya Oyunlarında 10 500-dək, Qış olimpiadasında isə 2900-dək idmançı iştirak etsin. Yay olimpiadalarında 310, Qış olimpiadalarında isə 100 dəst medal uğrunda mübarizə gedəcək. 

Eyni zamanda Oyunların Təşkilat komitələrinə proqrama salınması üçün hər hansı idman növünü təklif etmək hüququ verilib. İOC üzvləri Olimpiya Oyunlarının iştirakçıları arasında gender bərabərliyinin möhkəmləndirilməsinə dair təklifləri də qəbul ediblər. 

Son xəbərlər

Orphus sistemi