Məşqçi: "Azərbaycanlı qadın güləşçilər çox güclü rəqabət şəraitində Avropa çempionu oldular"

Məşqçi: "Azərbaycanlı qadın güləşçilər çox güclü rəqabət şəraitində Avropa çempionu oldular" "Biz komandamızın birinci yerə çıxacağına əmindik"
Komanda
27 İyun , 2015 18:17
Məşqçi: Azərbaycanlı qadın güləşçilər çox güclü rəqabət şəraitində Avropa çempionu oldular

Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycanlı qadın güləşçilər çox güclü rəqabət şəraitində Avropa çempionu oldular. "Report" xəbər verir ki, bunu Türkiyənin İstanbul şəhərində gənclər arasında keçirilən Avropa çempionatında komanda hesabında birincilik qazanan Azərbaycanın qadın güləşi üzrə yığma komandasının böyük məşqçisi Yaqub Məmmədov deyib.

"Bakıda keçirilən l Avropa Oyunlarında iştirak edən bir neçə idmançı yarışlara qatılmışdı. Amma Azərbaycanı təmsil edən qızlar bütün komandaları heyran etdilər. Rusiyalı məşqçilər demək olar ki, sıradan çıxmışdılar. Biz komandamızın birinci yerə çıxacağına əmindik. Bizim qızıl medalımız yox idi. Şükürlər olsun ki, keçmiş Avropa və dünya çempionu Səbirə Əliyeva bizə qızıl medal qazandırdı", - Y.Məmmədov deyib.

Onun sözlərinə görə, digər idmançılarımız 3 gümüş və 2 bürünc medalla kifayətləndilər: "Yığma komandamız 58 xalla birinci, Rusiya komandası 50 xalla 2-ci, Türkiyə komandası 40 xalla 3-cü və Ukrayna 39 xalla 4-cü yerə layiq görülüb. Biz qızlarımızdan daha da yüksək nəticələr gözləyirdik. Bəlkə medallarımızın sayı da çox ola bilərdi".

Qızıl medal qazanan Səbirə Əliyeva isə jurnalistlərə bildirib ki, bu onun ilk uğuru deyil: "Çox sevinirəm ki, məşqçilərimin ümidlərini doğrultdum. İnanıram ki, bundan sonra uğurlu nəticələr qazanacağam. Finaldakı rəqibim Urayna təmsilçisi idi və ona böyük üstünlüklə qalib gəldim".

Qeyd edək ki, güləşçilərdən Səbirə Əliyeva (72 kq) qızıl, Leyla Qurbanova (51 kq), Elis Manolova (67 kq) və Alyona Kolesnik (55 kq) gümüş, Raqnetta Qurbanzadə (63 kq) və Türkan Nəsirova (44 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi