​Marko Kump: "Yollarda daha çox insanın olması sevindirici idi"

​Marko Kump: "Yollarda daha çox insanın olması sevindirici idi" O, "Tour d`Azerbaidjan"ın yüksək səviyyədə təşkil olunduğunu açıqlayıb
Komanda
8 May , 2015 16:33
​Marko Kump: Yollarda daha çox insanın olması sevindirici idi

Bakı. 8 may. REPORT.AZ/ "Mən təqib qrupunda idim. Məqsədim liderlərdən geri qalmamaq idi. Amma öndəkilərin yorulduqlarını gördükdən sonra sürəti artıraraq liderliyi ələ keçirdim". "Report"un məlumatına görə, bunu "Tour d` Azerbaidjan" veloyürüşünün III mərhələsinin yekunlarına həsr olunmuş mətbuat konfransında İrlandiyanın "An Post - Chain Reaction" klubunun üzvü Coşua Tomas Edmondson deyib.

O qeyd edib ki, son iki gün ərzində səhhətində yaranan problemlər üzündən yürüş zamanı həkimlərə müraciət etməli olub: "Bir az hərarətim vardı. Ona görə də dünən və bu gün də həkimlərə yaxınlaşdım".

İlk 3 mərhələnin yekununda liderliyi ələ alan Sloveniyanın "Adria Mobil" klubunun üzvü Primoj Roqliç isə buna komanda yoldaşlarının köməyi sayəsində nail olduğunu bildirib: "Məqsədimiz liderliyi qorumaq idi. Ona görə də komandam mənə kömək etdi və bunu bacardıq".

İkinci dəfə mükafatçılar sırasına düşən Sloveniya klubunun daha bir üzvü Marko Kump "Tour d`Azerbaidjan"ın yüksək səviyyədə təşkil olunduğunu açıqlayıb. O, yolların kənarında daha çox insanın olmasını da təqdir edib. Amma Kumpun fikrincə, bu mərhələdə yolların vəziyyəti əvvəlki mərhələ ilə müqayisədə o qədər də yaxşı olmayıb.

Azərbaycanın "Synergy Baku" klubunun üzvü, dağ mərhələsinin qalibi Aleksandr Surutkoviç isə II mərhələ ilə müqayisədə bu dəfə liderliyi əldən vermədiklərini vurğulayıb: "Ötən gün iki məsafədə finişi qazandıq. Lakin sonda qələbəni əldən verdik. Bu gün isə bizi izləyənlərlə fərqi artırmaq lazım idi ki, daha irəli çıxa bilək. Sevinirəm ki, sonda bu alındı".

Son xəbərlər

Orphus sistemi