​Gürcüstan yığması dünya çempionu olub

​Gürcüstan yığması dünya çempionu olub Bu münasibətlə baş nazir İrakli Qaribaşvili komandanı təbrik edib
Komanda
28 Aprel , 2015 14:05
​Gürcüstan yığması dünya çempionu olub

Bakı. 28 aprel. REPORT.AZ/ Gürcüstanın şahmat üzrə qadınlardan ibarət yığma komandası Çində keçirilən dünya çempionatının qalibi olub. "Report" xəbər verir ki, sonuncu turda qonşu ölkə millisi təşkilatçıları 2,5:1,5 hesabı ilə məğlub edib. 

Nəticədə Gürcüstan yığması 17 xalla birinci yeri tutub. Dünya çempionluğu münasibətilə Gürcüstanın baş naziri İrakli Qaribaşvili komandanı təbrik edib.

Qeyd edək ki, Gürcüstan Şahmat Federasiyasının sponsoru "SOCAR Energy Georgia" şirkətidir.

Son xəbərlər

Orphus sistemi