Futzal üzrə Mərakeş millisinin baş məşqçisi: “Azərbaycan komandasını təbrik edirəm"

Futzal üzrə Mərakeş millisinin baş məşqçisi: “Azərbaycan komandasını təbrik edirəm" Taktiki gedişlərimiz faydasız oldu
Komanda
13 Sentyabr , 2016 07:06
Futzal üzrə Mərakeş millisinin baş məşqçisi: “Azərbaycan komandasını təbrik edirəm

Bakı. 13 sentyabr. REPORT.AZ/ “Birinci hissədə daha yaxşı oynadıq. Hesab açıldıqdan sonra oyun intizamımız pozuldu”.

“Report” AFFA-nın saytına istinadən xəbər verir ki, bunu futzal üzrə dünya çempionatının final mərhələsində keçirilmiş Mərakeş – Azərbaycan oyunundan sonra Mərakeş millisinin baş məşqçisi Hicham Dguig deyib.

O, bildirib ki, komandası imkanlardan yararlana bilməyib: “Çalışdıq ki, buraxılan qolun əvəzini çıxaq. Bunun üçün şansımız da oldu. Təəssüf ki, yararlana bilmədik. Sonra müəyyən dəyişikliklərə əl atdıq. Amma taktiki gedişlərimiz faydasız oldu. Futzalın maraqlı cəhətlərindən biri də budur.

İlk oyun bizim üçün çox vacib idi, əfsus ki, ikinci hissədə dönüş yarada bilmədik. Qapıçımızın zədələnməsi də komandaya pis təsir etdi. Azərbaycan millisini qələbə münasibətilə təbrik edirəm”.

Son xəbərlər

Orphus sistemi