Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu gün futzal üzrə 2018-ci ildə keçiriləcək dünya çempionatının ilkin və əsas mərhələlərinin püşkü atılıb. "Report"un məlumatına görə, ilkin mərhələdə mübarizə aparacaq komandalar 7 qrupa bölünüb.
5 qrupda 4, 2 qrupda isə 3 yığma çıxış edəcək. Mərhələnin oyunları 2017-ci ildə 23 yanvar - 1 fevral tarixində keçiriləcək.
İlkin mərhələ
A qrupu | B qrupu | C qrupu | D qrupu | E qrupu | F qrupu | G qrupu |
Gürcüstan | Yunanıstan | Latviya | İngiltərə | Norveç | Fransa | İsveç |
İsveçrə | Moldova | Ermənistan | Bolqarıstan | Kosova | Andorra | Monteneqro |
İsrail | Uels | Estoniya | Albaniya | Kipr | Litva | Cəbəllütariq |
Şotlandiya | San Marino | Almaniya | Malta | Kosova |
Hər qrupda birinci yeri tutacaq komandalar Azərbaycanın da qoşulacağı əsas mərhələyə vəsiqə qazanacaqlar. Bu mərhələdə 28 komanda çıxış edəcək. Onlardan 7-si ilkin mərhələdən gələn, 21-i isə birbaşa əsas mərhələdən mübarizə qoşulan komandalar olacaq. Mərhələnin sonunda hər qrupun birinci və ikinci yeri və ən yaxşı üçüncü yerin sahibi növbəti mərhələdə iştirak hüququ qazanacaq.
Əsas mərhələ
1-ci qrup | 2-ci qrup | 3-cü qrup | 4-cü qrup | 5-ci qrup | 6-cı qrup | 7-ci qrup |
İtaliya | Azərbaycan | Ukrayna | Portuqaliya | İspaniya | Qazaxıstan | Rusiya |
Hollandiya | Macarıstan | Xorvatiya | Rumıniya | Serbiya | Çexiya | Slovakiya |
Belarus | Bosniya və Herseqovina | Belçika | Finlandiya | Polşa | Makedoniya | Türkiyə |
A-1 | D-1 | G-1 | C-1 | B-1 | E-1 | F-1 |
Qeyd edək ki, 2-ci qrupun oyunları Azərbaycanda keçiriləcək.