​Futzal üzrə Azərbaycan yığması Avropa çempionatında mübarizəyə başlayır

​Futzal üzrə Azərbaycan yığması Avropa çempionatında mübarizəyə başlayır İlk rəqib Belçika millisi olacaq
Komanda
18 Mart , 2015 13:26
​Futzal üzrə Azərbaycan yığması Avropa çempionatında mübarizəyə başlayır

Bakı. 18 mart. REPORT.AZ/ Bu gün futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində 4-cü qrupun oyunlarına start veriləcək. "Report"un məlumatına görə, Azərbaycan millisi Belçika yığması ilə qarşılaşacaq.

Qarşılaşma Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək. Qrupun ilk oyununda isə Ukrayna və Danimarka yığmaları üz-üzə gələcək.

Reqlamentə əsasən, 7 qrupun qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaqlar. İkinci yerə çıxan komandalar ən yaxşı qrup üçüncüsü ilə birgə play-off-da mübarizə aparacaqlar. 8 yığmanın bölünəcəyi cütlüklər arasında daha güclü olan 4 komanda Serbiyaya yollanmaq hüququ qazanacaq. Çempionatın final mərhələsinin görüşləri Serbiyada keçiriləcəyindən, sözügedən ölkə birbaşa mübarizəyə qoşulacaq. 2016-cı ilin 2 - 13 fevralında keçiriləcək Avropa çempionatında ümumilikdə 12 ölkə ən yaxşı olduğunu sübut etməyə çalışacaq.

18:30. Ukrayna - Danimarka

21:00. Azərbaycan - Belçika

Qeyd edək ki, Azərbaycan millisi martın 19-da Danimarka, bundan 2 gün sonra isə Ukrayna millisi ilə qüvvəsini sınayacaq. 4-cü qrupun bütün oyunları Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi