Futzal üzrə Avropa çempionatında bütün yarımfinalçılar müəyyənləşib

Futzal üzrə Avropa çempionatında bütün yarımfinalçılar müəyyənləşib Qazaxıstan yığması son Avropa çempionlarını məğlub edib
Komanda
10 Fevral , 2016 09:37
Futzal üzrə Avropa çempionatında bütün yarımfinalçılar müəyyənləşib

Bakı. 10 fevral. REPORT.AZ/ Serbiyanın paytaxtı Belqradda keçirilən futzal üzrə Avropa çempionatında Qazaxıstan yığması sensasiyaya imza atıb. "Report"un məlumatına görə, Kakaunun komandası son çempion İtaliyanı məğlubiyyətə uğradıb.

İki komanda arasındakı 1/4 final matçı 5:2 hesabı ilə nəticələnib. Bununla da Qazaxıstan yarımfinal mərhələsinə axırıncı vəsiqəyə sahib çıxıb. Bu komandanın növbəti rəqibi İspaniya olacaq. Digər yarımfinal matçında isə Rusiya ilə Serbiya üz-üzə gələcək. Oyunlar fevralın 11-də keçiriləcək.

Qeyd edək ki, Qazaxıstan yığması bu qələbə ilə Azərbaycan yığmasının bacarmadığı iki vəzifənin öhdəsindən gəlib. Millimiz qrup mərhələsində məhz İtaliyaya uduzub - 0:3. 1/4 finalda isə Faustino Peresin komandası Rusiyaya 2:6 hesabı ilə yenilərək, mübarizəni dayandırıb. 

Son xəbərlər

Orphus sistemi