​FİDE prezidenti: "Düşünürəm Ermənistan Bakıdakı Şahmat Olimpiadasında iştirak edəcək"

​FİDE prezidenti: "Düşünürəm Ermənistan Bakıdakı Şahmat Olimpiadasında iştirak edəcək" Dünya Şahmat Olimpiadası 17-30 sentyabr 2016-cı il tarixində keçiriləcək
Komanda
6 Oktyabr , 2015 05:25
​FİDE prezidenti: Düşünürəm Ermənistan Bakıdakı Şahmat Olimpiadasında iştirak edəcək

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Erməni şahmatçıların Bakıda keçirilən Dünya Kubokunda iştirakı Ermənistan yığmasının 2016-cı ildə Azərbaycanın paytaxtında keçiriləcək Dünya Olimpiadasında çıxış edəcəyinə inam yaradır".

"Report" məlumat verir ki, bunu "R-Sport" agentliyinə açıqlamasında Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlümjinov bildirib.

"Mən Ermənistan prezidenti Serj Sarqsyanla bir neçə dəfə görüşmüşəm, yeri gəlmişkən o da Ermənistan Milli Şahmat Federasiyasının prezidentidir. Mən ona tutduğu mövqeyə görə minnətdarlıq etmək istəyirəm. O, Ermənistandan dörd, digər ölkələrdən isə iki erməni şahmatçının Azərbaycanda keçirilən Dünya Kubokunda iştirakına imkan yaratdı. Mən turnirin açılışında Levon Aronyan və ölkənin digər şahmatçıları ilə görüşdüm. Düşünürəm, Ermənistan yığması gələn il Bakıda keçiriləcək Dünya Olimpiadasında iştirak edəcək", - deyə o bildirib.

Dünya Şahmat Olimpiadası 17-30 sentyabr 2016-cı il tarixində Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi