Fərid Qayıbov: Dövlət qurumları arasında turnirin finalı gərgin keçdi

Fərid Qayıbov: Dövlət qurumları arasında turnirin finalı gərgin keçdi Çox gərgin və mübarizə dolu finala şahid olduq.
Komanda
9 May , 2024 19:59
 Fərid Qayıbov: Dövlət qurumları arasında turnirin finalı gərgin keçdi

Çox gərgin və mübarizə dolu finala şahid olduq.

"Report"un məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov dövlət qurumları arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turniri barədə jurnalistlərə açıqlamasında deyib.

Nazir bütün dövlət qurumlarına iştiraklarına görə təşəkkür edib: “Yarışa kifayət qədər komanda qatılmışdı. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları artıq ikinci dəfə finala vəsiqə qazanıblar. Maraqlı final oldu. Dünən Çempionlar Liqasında olan həyəcan bu gün burada var idi.

Qaliblərin hər birini təbrik edirəm. Turnirlə bağlı müəyyən təkliflər var. Hər bir nazirliklə bərabər keçirdiyimiz iclaslar zamanı bu yarışla bağlı müzakirələr aparırıq və qərarları birlikdə qəbul edirik. Əgər yarışa bu qədər maraq varsa, deməli hamı razıdır. Belə fəal iştirak üçün bütün qurumlara minnətdarıq”.

Qeyd edək ki, dövlət qurumları arasında keçirilən minifutbol turnirinin qalibi Ədliyyə Nazirliyinin komandası olub.

Son xəbərlər

Orphus sistemi