Bakı. 17 yanvar. REPORT.AZ/ Cüdo üzrə Ermənistan çempionatı təxirə salınıb.
"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, buna ölkədə "donuz qripi" (H1N1 virusu) virusuna yoluxma hallarının vüsət alması səbəb olub.
Xəstəlik üzündən məşqlərə də fasilə verilməsini nəzərə alan Ermənistan Cüdo Federasiyası çempionatın 23 yanvardan 25-26 fevral tarixlərinə keçirilməsinə qərar verib. Təxirəsalma ilə əlaqədar digər yaş qrupları üzrə yarışların təqvimində də dəyişikliklər ediləcək.