Ermənistan şahmatçıları Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcəklər

Ermənistan şahmatçıları Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcəklər Ümumdünya Şahmat Olimpiadası sentyabrın 1-14-də keçiriləcək
Komanda
24 May , 2016 16:57
Ermənistan şahmatçıları Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcəklər

Bakı. 24 may. REPORT.AZ/ Ermənistan şahmatçıları Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcəklər. Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov jurnalistlərə bildirib. 

"Bir neçə gün öncə Ermənistan prezidenti və ölkənin Şahmat Federasiyasının prezidenti Serj Sarqsyanla görüşdüm. Habelə, kapitan Levon Aronyanla birgə nahar etdik. Bu günə olan məlumata görə, onlar Bakıdakı Şahmat Olimpiadasında iştirak edəcəklər. Hətta Aronyan ötən il Bakıda Dünya Kubokunda iştirak etdiyini də xatırlatdı", - deyə K.İlümjinov bildirib. 

O, ermənistanlı jurnalistləri Olimpiadaya dəvət etdiyini də açıqlayıb.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası sentyabrın 1-14-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi