Elçin Quliyev: Prezident İlham Əliyevin dəstəyi ilə atçılıq sahəsində daha yüksək səviyyəli tədbirlər keçirməyə qadirik

Elçin Quliyev: Prezident İlham Əliyevin dəstəyi ilə atçılıq sahəsində daha yüksək səviyyəli tədbirlər keçirməyə qadirik "Atçılıq üzrə əsas tədbirlər 2016-cı ilə nəzərdə tutulub"
Komanda
17 Yanvar , 2015 20:15
Elçin Quliyev: Prezident İlham Əliyevin dəstəyi ilə atçılıq sahəsində daha yüksək səviyyəli tədbirlər keçirməyə qadirik

BAKI. 17 yanvar. REPORT.AZ/ Bü gün Binə Atçılıq Mərkəzinin ərazisində yerləşən Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) binasında ötən ilin yekunlarına dair təntənəli mərasim keçirilib.

"Report"un məlumatına görə, mərasimdə ARAF-ın baş katibi Bəhruz Nəbiyev 2014-cü ilin yekunlarına dair hesabatla çıxış edib.

Çıxışdan sonra il ərzində əldə olunan yüksək nailiyyztlzrlz zlaqzdar bir sıra qabaqcıl idmançılara, məşqçilərə, hakimlərə ve digər xadimlərə fəxri diplomlar ve pul mukafatları təqdim olunub.

Təltif etmə mərasiminin ardından ARAF-ın prezidenti Elçin Quliyev çıxış edərək 2014-cu ili Federasiya ucun çox uğurlu il adlandırıb: "Çünki dünya atçılığının ali tədbiri hesab olunan Beynəlxalq Atçılıq Federasiyasının (FEİ) Baş Assambleyası Bakıda keçirilib. Bu tədbir çox uğurlu olub. İndiyədək də qonaqlardan teşekkür teleqramları alırıq. 350-dən artıq qonaqdan hər birinə xüsusi diqqət yetirilib. Biz Prezident İlham Əliyevin dəstəyi ile bundan da yüksək səviyyəli tədbirlər keçirməyə qadirik".

E.Quliyev ötən il ərzində idmançılarımızın beynəlxalq tədbirlərdə uğurla çıxış edərək Azərbaycan bayrağını dalğalandırdığını da vurgulayıb.

Onun sözlərinə göre əvvəllər yalnız Camal Rəhimov uğurlu nəticələr göstərirdisə indi Patrik Mak Enti kimi atçılarımız da var: "Biz konkur üzrə yiğma komandamızın da uğur qazanacağına inanırıq ve bunun üçün əlimizdən gələni edəcəyik".

Azərbaycan atçılığının intibah dövrü yaşadığını deyən Federasiya prezidenti, respublikada yeni idman gurğularının tikildiyini, Qarabağ ve Dilbaz atlarının da qanının təmizlznməsi prosesinə başlanıldığını söyləyib.

O, yeni milli at cinsinin yaradılma məqamının yetişdiyini də vurğulayıb.

E.Quliyev həmçinin Federasiyanın səyləri nəticəsində ilk dəfə olaraq 24 komandanın iştirakı ilə milli idman növü olan Çövkən üzrə çempionatın keçilidiyini deyib.

Sonda Federasiya rəhbəri qeyd edib ki, atçılıq üzrə əsas tədbirlər 2016-cı ilə nəzərdə tutulub.

Təntənəli tədbir 2014-cü ildə atçılıq sahəsində baş verən mühüm hadisələrlə bağlı sənədli filmin numayişi ve tortun kesilməsi ile başa çatıb.

Son xəbərlər

Orphus sistemi