​Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə veloyürüş keçirilib

​Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə veloyürüş keçirilib Yürüş Dövlət Bayraq Meydanından start götürüb və Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb
Komanda
22 Noyabr , 2015 15:21
​Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə veloyürüş keçirilib

Bakı. 22 noyabr. REPORT.AZ/ Ədliyyə orqanlarında 22 noyabr - peşə bayramı günü münasibətilə veloyürüş keçirilib.

"Report" xəbər verir ki, yürüşdə ədliyyə orqanlarında çalışan idman həvəskarları iştirak edib.

Nazirliyin mərkəzi aparatı və Penitensiar xidmət əməkdaşlarından ibarət velosipedçilər dəstəsinin iştirak etdiyi yürüş Dövlət Bayraq Meydanından start götürüb və Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb. Velosiped İdmanı Federasiyasının üzvləri də yürüşə qatılıblar.

Son xəbərlər

Orphus sistemi