Dünya çempionatında 1/4 finala yüksələn daha 3 komanda müəyyənləşib

Dünya çempionatında 1/4 finala yüksələn daha 3 komanda müəyyənləşib Azərbaycan Tailanda qalib gəlsə, Portuqaliya ilə qarşılaşacaq
Komanda
22 Sentyabr , 2016 09:59
Dünya çempionatında 1/4 finala yüksələn daha 3 komanda müəyyənləşib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanan daha 3 komandanın adları müəyyənləşib. "Report"un məlumatına görə, Azərbaycanla eyni qrupda mübarizə aparmış İran gecənin sensasiyasına imza atıb.

Qonşu ölkə yığması 1/8 finalda son dünya çempionu Braziliyanı mübarizədən kənarlaşdırıb. Görüşün əsas vaxtında 2:2 hesablı heç-heçə qeydə alınıb. Əlavə vaxtda tərəflər hərəyə bir dəfə fərqləniblər. Penaltilər seriyasında isə İran daha dəqiq olub - 3:2. Qalib komandanın növbəti mərhələdə rəqibi daha öncə bu vəsiqəyə yiyələnmiş Paraqvay olacaq.

Son vitse-çempion və Azərbaycanın qrupdakı daha bir rəqibi İspaniya isə Qazaxıstanı 5:2 hesabı ilə üstələyərək, 1/4 finalda Rusiyaya rəqib olub.

Azərbaycan millisinə gəldikdə, bu gecə Tayland üzərində qələbə qazanacağı təqdirdə, növbəti rəqibi Portuqaliya olacaq. Pireneylilər 1/8 finalda Kosta Rikanı məğlubiyyətə uğradıb - 4:0.

Qeyd edək ki, son 3 1/4 finalçı bu gecə müəyyənləşəcək. Azərbaycan - Tayland görüşündən başqa, İtaliya Misiri, Argentina Ukraynanı sınağa çəkəcək. 

Son xəbərlər

Orphus sistemi