Daniel Rikkardo: "Bakı trası əla idi, mən yarışdan həzz aldım"

Daniel Rikkardo: "Bakı trası əla idi, mən yarışdan həzz aldım" "Mən haqqında heç nə bilmədiyim Bakıya gəldim və gördüklərim məni heyran etdi"
Komanda
22 İyun , 2016 10:57
Daniel Rikkardo: Bakı trası əla idi, mən yarışdan həzz aldım

Bakı. 22 iyun. REPORT.AZ/ "Bakı trası əla idi, mən yarışdan həzz aldım".

"Report" xəbər verir ki, bunu Formula-1 üzrə "Red Bull" komandasının üzvü Daniel Rikkardo mayın 17-19-da Bakıda keçirilmiş Avropa Qran Prisinin yekunları barədə danışarkən deyib.

"Mən haqqında heç nə bilmədiyim Bakıya gəldim və gördüklərim məni heyran etdi", - deyə o əlavə edib.

Avstraliyalı pilot yeni trasda mübarizəyə ilk sıradan başlamağın çox xoş olduğunu, amma arxa təkərlərlə bağlı problem olduğundan komandanın pit-stop etmək qərarı verdiyini vurğulayıb.

"Hazırda evdə istirahət edirəm və Avstriya trasında ən yaxşı nəticə göstərməyə hazırlaşıram", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi