​Basketbol üzrə Avroliqanın finalında Türkiyə və Rusiya klubları qarşılaşacaq

​Basketbol üzrə Avroliqanın finalında Türkiyə və Rusiya klubları qarşılaşacaq Final MOİK və "Fənərbaxça" komandaları arasında baş tutacaq
Komanda
14 May , 2016 08:30
​Basketbol üzrə Avroliqanın finalında Türkiyə və Rusiya klubları qarşılaşacaq

Bakı. 14 may. REPORT.AZ/ Türkiyənin "Fənərbaxça" klubu basketbol üzrə Avropa Liqasının yarımfinal mərhələsinin əlavə vaxtında İspaniyanın "Baskoniya" kollektivini məğlubiyyətə uğradıb və finala vəsiqə qazanıb.

"Report" xəbər verir ki, cümə günü Berlində keçirilən oyun Türkiyə klubunun 88:77 (23:15, 18:25, 14:17, 17:15, 16:5) hesablı qələbəsi ilə başa çatıb.

Qaliblərin heyətində ən məhsuldar oyunçu 18 xal toplayan Boqdan Boqdanoviç olub.

Finalda "Fənərbaxça"nın rəqibi Rusiyanın MOİK klubu olacaq. Üçüncü yer uğrunda isə yarımfinalda MOİK-ə 88:81 hesabı ilə məğlub olan Krasnodar "Lokomotiv-Kuban"ı ilə "Baskoniya" mübarizə aparacaq.

Final və üçüncü yer uğrunda görüş bazar günü keçiriləcək.

Son xəbərlər

Orphus sistemi