Bakıda keçirilən basketbol üzrə beynəlxalq turnirin qalibi Serbiya komandası oldu

Bakıda keçirilən basketbol üzrə beynəlxalq turnirin qalibi Serbiya komandası oldu Qalib komandaya turnirin kuboku təqdim edilib
Komanda
27 Aprel , 2015 01:39
Bakıda keçirilən basketbol üzrə beynəlxalq turnirin qalibi Serbiya komandası oldu

Bakı. 27 aprel. REPORT.AZ/ Bakıda keçirilən kişilər arasında 3X3 basketbolu üzrə beynəlxalq turnirə bu gün yekun vurulub.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa Oyunlarına hazırlıq xarakteri daşıyan turnir Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı və “Samsung” şirkətinin dəstəyi ilə keçirilib.

Aprelin 26-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində turnirin final qarşılaşması keçirilib. Finalda Rumıniyanın “Buxarest” klubuna qalib gələn Serbiyanın “Novıy sad” komandası turniri birinci pillədə başa vurub. Azərbaycanın “Qala” və “NTD” basketbol klubları üçüncü-dördüncü yerləri bölüşüblər.

Qalib komandaya turnirin kuboku təqdim edilib.

Yarışda 5 yerli və 5 xarici komanda iştirak edib. Turnirdə Azərbaycanın “Qala”, “NTD”, “AzTOP”, “Ulduz”, “Aslanlar” komandaları ilə yanaşı, 3X3 basketbol üzrə dünya reytinqində birinci olan Serbiyanın “Novıy sad”, həmçinin Rumıniyanın “Buxarest”, Gürcüstanın “Tbilisi” və Ukraynanın “Old Kiyev” və “Kiyev” komandaları mübarizə aparıblar.

Turnir çərçivəsində 8 xarici və 4 yerli hakimin, habelə 15 nəfərlik texniki heyətin iştirakı ilə Beynəlxalq Basketbol Federasiyasının (FİBA) 3X3 basketbol üzrə seminarı təşkil edilib. Seminarın sonunda 2015-ci ilin iyununda Bakıda keçiriləcək Avropa Oyunlarının 3X3 basketbol yarışlarını idarə edəcək hakim heyəti müəyyən olunacaq.

Son xəbərlər

Orphus sistemi