Bakı 2024-cü il Yay Olimpiya Oyunlarına iddiaçı şəhərlərin ilk siyahısında göstərilib

Bakı 2024-cü il Yay Olimpiya Oyunlarına iddiaçı şəhərlərin ilk siyahısında göstərilib Beynəlxalq Olimpiya Komitəsi Parisdən ərizə gözləyir
Komanda
8 Dekabr , 2014 16:39
Bakı 2024-cü il Yay Olimpiya Oyunlarına iddiaçı şəhərlərin ilk siyahısında göstərilib

Bakı. 8 dekabr. REPORT.AZ/ 2024-cü il Yay Olimpiya Oyunlarına iddia edəcək şəhərlərin ilkin siyahısı açıqlanıb. "Report"un "France Presse" agentliyinə istinadən verdiyi məlumata görə, olimpiada təşkilatçılığı arzusunda olanlar arasında Bakı da yer alıb.

Azərbaycan paytaxtının mümkün rəqibləri qismində Los-Anceles, Boston (hər ikisi ABŞ), İstanbul (Türkiyə), Doha (Qətər), Durban (CAR), Berlin (Almaniya), Budapeşt (Macarıstan), Roma (İtaliya), Nayrobi (Keniya), Kasablanka (Mərakeş), Sankt-Peterburq (Rusiya) və Kiyev (Ukrayna) də var. Daha öncə Toronto (Kanada), Qvadalahara (Meksika) və Taypey (Tayvan) fikirlərindən daşınıb. Beynəlxalq Olimpiya Komitəsiin (İOC) Təşkilat Komitəsi Parisin də ərizə verəcəyinə ümid edir. Bu halda Fransa paytaxtı 2024-cü il Oyunlarına əsas namizəd sayılacaq. Qələbə əldə olunacağı təqdirdə olimpiada tam yüz ildən sonra Parisə qayıdacaq. 

Qeyd edək ki, namizəd şəhərlərin yekun siyahısı 2015-ci il sentyabrın 15-də, qalib şəhərin adı isə 2017-ci ilin ortalarında açıqlanacaq. 

Son xəbərlər

Orphus sistemi