Azərbaycanda polo üzrə Dünya Çempionatı keçirilir

Azərbaycanda polo üzrə Dünya Çempionatı keçirilir Yarışlar Binə qəsəbəsindəki "Elite Horse and Polo Club" açıq manejində keçirilir
Komanda
5 Sentyabr , 2014 14:22
Azərbaycanda polo üzrə Dünya Çempionatı keçirilir
Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycanda Polo üzrə Dünya Çempionatı başlayıb. Report-un verdiyi xəbərə görə, yarışlar Binə qəsəbəsində yerləşən "Elite Horse and Polo Club" açıq manejində keçirilir.

Azərbaycan Atçılıq Federasiyası tərəfindən təşkil olunmuş turnirdə kubok uğrunda Azərbaycan, Argentina, ABŞ və Avropa İttifaqı ölkələrinin nümayəndələri mübarizə aparacaq. Uduş fondunun yüksək olduğu bildirilir. 

Turnir sentyabr ayının 7-də başa çatacaq. 

Qeyd edək ki, Polo üzrə Dünya Çempionatı Bakıda ikinci dəfədir keçirilir. 

Son xəbərlər

Orphus sistemi