"Azəryol" komandası CEV Kubokunda yarımfinal mərhələsinin cavab görüşünü keçirəcək

"Azəryol" komandası CEV Kubokunda yarımfinal mərhələsinin cavab görüşünü keçirəcək Katerina Jidkova: "Finala çıxmağı çox istəyirik"
Komanda
12 Mart , 2016 09:42
Azəryol komandası CEV Kubokunda yarımfinal mərhələsinin cavab görüşünü keçirəcək

Bakı. 12 mart. REPORT.AZ/ Bu gün voleybolçu qadınlar arasında CEV Kubokunun yarımfinal mərhələsinin cavab görüşü keçiriləcək. "Report"un məlumatına görə, "Azəryol" Rusiyanın "Dinamo" (Krasnodar) komandasından ilk görüşdəki 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Bakıdakı Voleybol Mərkəzində keçiriləcək qarşılaşmada Azərbaycan təmsilçisi ilk növbədə, 3:0 və ya 3:1 hesabı ilə qalib gəlməli, ardından "qızıl set"i qazanmalıdır. Rəqibinə 2 set verəcəyi təqdirdə, baş məşqçi Ziya Rəcəbovun komandası finala yüksələ bilməyəcək.

Nəticədən asılı olmayaraq, "Azəryol" yarımfinaladək irəliləməklə, tarixi nailiyyətə imza atıb. Krasnodar "Dinamo"su isə ötən mövsüm CEV Kubokunun qalibi olub. Bununla belə, Azərbaycan komandasının aparıcı voleybolçusu Katerina Jidkova finala çıxmağı çox istədiklərini bildirib: "Biz ilk görüşdə ən yaxşı oyunumuzu sərgiləyə bilmədik. Amma belə ağır məğlubiyyətdən sonra da təslim olmamışıq. Buraxdığımız səhvləri müzakirə və təhlil etmişik. Onları aradan qaldırmağa çalışacağıq. Qələbə üçün mübarizə aparacağıq".

Onun komanda yoldaşı Yuliya Kərimova isə Rusiyadakı oyunun videoyazısına baxaraq, səhvlər üzərində işlədiklərini söyləyib: "Cavab görüşünə hazırlıq üçün az vaxtımız olub. Cəmi 3 məşqə çıxmışıq. Amma martın 8-dəki ilk qarşılaşma ilə müqayisədə daha balanslaşdırılmış oynamağa və az səhv buraxmağa çalışacağıq".

CEV Kuboku

Yarımfinal, cavab görüşü

18:00. "Azəryol" (Azərbaycan) - "Dinamo" (Krasnodar, Rusiya)

Hakimlər: David Qril (Sloveniya), Zdenek Qrabovski (Çexiya)

Son xəbərlər

Orphus sistemi