​"Azəryol" klubu CEV Kubokunun yarımfinalına yüksəlib

​"Azəryol" klubu CEV Kubokunun yarımfinalına yüksəlib Komanda yarımfinalda Rusiyanın "Dinamo" klubu ilə qarşılaşacaq
Komanda
24 Fevral , 2016 02:29
​Azəryol klubu CEV Kubokunun yarımfinalına yüksəlib

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanın qadın voleybolçulardan ibarət "Azəryol" klubu CEV Kubokunun "Çelenc raundu"nda cavab oyununa çıxıb.

"Report"un məlumatına görə, Ziya Rəcəbovun baş məşqçisi olduğu komanda İtaliyada "Novara"nın qonağı olub.

Bir həftə öncə Bakıda keçirilmiş ilk qarşılaşma meydan sahiblərinin qələbəsi ilə (3:1) başa çatdığından, "Azəryol"a 1/2 finala çıxmaq üçün 2:3 hesablı məğlubiyyət də yetərli idi. Azərbaycan təmsilçisi 0:3 və ya 1:3 hesabı ilə uduzacağı təqdirdə, cütün qalibini "qızıl set" müəyyənləşdirəcəkdi.

Novara şəhərin baş tutan cavab qarşılaşmasında "Azəryol" ikinci setdən üstün ayrılsa da, setlər nisbəti meydan sahiblərinin xeyrinə olub - 3:1. Beləliklə, cütün taleyi "qızıl set"də həll olunub. Bu zaman Azərbaycan təmsilçisi sonadək üstünlüyü əldən verməyərək, qələbəyə nail olub - 15:13.

Yarımfinalda rəqib Almaniya "Ştutqart"ını hər iki oyunda 3:0 hesabı ilə məğlub edən Rusiyanın "Dinamo" (Krasnodar) komandası olacaq. İlk oyun martın 8-də Krasnodarda, cavab qarşılaşması martın 12-də Bakıda olacaq. 

CEV Kuboku, Çelenc raundu

23:30. "Novara" - "Azəryol" - 3:1 (25:23, 26:28, 25:23, 25:18)

Qızıl set: 13:15

Son xəbərlər

Orphus sistemi