​"Azəryol" klubu CEV Kubokunun "Çelenc raundu"nda ilk oyununu qələbəylə başa vurub

​"Azəryol" klubu CEV Kubokunun "Çelenc raundu"nda ilk oyununu qələbəylə başa vurub Cavab görüşü fevralın 23-də İtaliyada keçiriləcək
Komanda
11 Fevral , 2016 20:19
​Azəryol klubu CEV Kubokunun Çelenc raundunda ilk oyununu qələbəylə başa vurub

Bakı. 11 fevral. REPORT.AZ/ Bu gün qadın voleybolçulardan ibarət Azərbaycanın "Azəryol" klubu CEV Kubokunun "Çelenc raundu"nda ilk oyununu keçirib. "Report"un məlumatına görə, rəqib İtaliyanın "Novara" klubu olub.

Voleybol Mərkəzində keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. İlk setdən üstünlüyə yiyələnən "Azəryol" yalnız 3-cü setdə rəqibə cüzi fərqlə uduzub. Qalan setlərdə "Novara"nı böyük fərqlə üstələyən Ziya Rəcəbovun komandası fevralın 23-də İtaliyada keçiriləcək cavab görüşünə yüksək əhval-ruhiyyədə yollanacaq. Təkrar qarşılaşmada istənilən hesablı qələbədən əlavə, 2:3 hesablı məğlubiyyət də "Azəryol"u qane edir. Azərbaycan təmsilçisi 0:3 və ya 1:3 hesabı ilə uduzacağı təqdirdə isə qalib "qızıl set"də müəyyənləşəcək.

Cütün qalibi yarımfinalda "Dinamo" (Kazan, Rusiya) - "Ştutqart" (Almaniya) duelində qələbə qazanan komanda ilə görüşəcək.

11 fevral

CEV kuboku, "Çelenc raund"

18:00. "Azəryol” (Azərbaycan) – "Novara” (İtaliya) - 3:1 (25:19, 25:17, 23:25, 25:17)

Hakimlər: Munir Fəttah (Almaniya), İqor Porvaznik (Rusiya)

Bakı. Voleybol Mərkəzi

Son xəbərlər

Orphus sistemi