"Azəryol" klubu CEV Kubokunun 1/4 finalında ilk görüşünü keçirəcək

"Azəryol" klubu CEV Kubokunun 1/4 finalında ilk görüşünü keçirəcək Rəqib İtaliya klubudur
Komanda
11 Fevral , 2016 10:17
Azəryol klubu CEV Kubokunun 1/4 finalında ilk görüşünü keçirəcək

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycanın qadın voleybolçulardan ibarət "Azəryol" klubu bu gün CEV Kubokunun 1/4 final mərhələsində ilk oyununu keçirəcək.

"Report" xəbər verir ki, rəqib İtaliyanın "Novara" klubu olacaq.

Voleybol mərkəzində keçiriləcək oyuna saat 18:00-da start veriləcək. Qarşılaşmanın hakimləri almaniyalı Munir Fattah və rusiyalı İqor Porvaznik olacaq.

Cütün qalibi yarımfinalda Krasnodar "Dinamo"su və "Ştutqart" duelində qələbə qazanan komandayla görüşəcək. 

Son xəbərlər

Orphus sistemi