​"Azəryol" klubu CEV Kubokunda cavab oyununa çıxacaq

​"Azəryol" klubu CEV Kubokunda cavab oyununa çıxacaq Rəqib İtaliyanın "Novara" klubudur
Komanda
23 Fevral , 2016 10:04
​Azəryol klubu CEV Kubokunda cavab oyununa çıxacaq

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət "Azəryol" klubu CEV Kubokunun "Çelenc raundu"nda cavab oyununa çıxacaq. "Report"un məlumatına görə, Ziya Rəcəbovun baş məşqçi olduğu komanda İtaliyada "Novara"nın qonağı olacaq.

Bakı keçirilmiş ilk görüşdə meydan sahibləri qalib gəlib - 3:1. "Azəryol"a yarımfinala yüksəlmək üçün 2:3 hesablı məğlubiyyət də yetərlidir. Azərbaycan təmsilçisi 0:3 və ya 1:3 hesabı ilə uduzacağı təqdirdə, cütün qalibi "qızıl set"də müəyyənləşəcək. Novara şəhərindəki eyniadlı idman sarayında təşkil olunacaq qarşılaşmanın hakimləri rusiyalı Kiril Nesteronko və sloveniyalı Boris Skudnik olacaq.

Yarımfinala yüksələcək komanda "Ştutqart" (Almaniya) - "Dinamo" (Krasnodar, Rusiya) duelinin güclüsü ilə üz-üzə gələcək.

CEV Kuboku, Çelenc raundu

23:30. "Novara" (İtaliya) - "Azəryol" (Azərbaycan)

Hakimlər: Kiril Nesterenko (Rusiya), Boris Skudnik (Sloveniya)

Novara, Novara İdman Sarayı

Son xəbərlər

Orphus sistemi