​"Azəryol" voleybol klubu "Gloria Cup" turnirində 3-cü olub

​"Azəryol" voleybol klubu "Gloria Cup" turnirində 3-cü olub Turnirdə birinci yeri Türkiyənin "Vakıfbank" kollektivi tutub
Komanda
6 Yanvar , 2015 08:42
​Azəryol voleybol klubu Gloria Cup turnirində 3-cü olub

Bakı. 6 yanvar. REPORT.AZ/ Türkiyənin Bələk bölgəsində qadın voleybolçulardan ibarət dörd komanda arasında keçirilən "Gloria Cup" yoldaşlıq turniri başa çatıb.

"Report" xəbər verir ki, Türkiyənin "Vakıfbank" klubunun voleybolçuları sonuncu matçda İsveçrənin "Volero" kollektivinə qalib gələrək turnirin qalibi olublar.

Turnirdə 3-cü yeri Azərbaycanın "Azəryol" komandası tutub.

"Gloria Cup" turniri

"Vakıfbank" (Türkiyə) — "Volero" (İsveçrə) — 3:0 (25:22, 25:21, 25:18)

"Azəryol" (Azərbaycan) — "Maribor" (Sloveniya) — 3:0 (25:16; 25:18; 25:9).

Yekun vəziyyət:

1. "Vakıfbank" — 9 xal

2. "Volero" — 5

3. "Azəryol" — 3

4. "Maribor" — 1.

Son xəbərlər

Orphus sistemi