"Azərreyl"in prezidenti: Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik

"Azərreyl"in prezidenti: Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik.
Komanda
23 Aprel , 2024 10:34
Azərreylin prezidenti: Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik

Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik.

“Report” xəbər verir ki, bunu “Azərreyl”in prezidenti Orxan Kərimov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Ötən gün kişi voleybolçular arasında Azərbaycan çempionatının finalında üz-üzə gələn “Azərreyl” – “Murov Az Terminal” matçı birincilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Klub rəsmisi qarşılaşmanın çətin keçdiyini bildirib: “Setlərdəki hesablara baxsaq, görüşün nə dərəcədə gərgin məcrada keçdiyini görə bilərik. Həm rəqibi, həm də komandamızı gözəl oyuna görə təbrik edirəm. Kişilərdən ibarət komandamız yeni formalaşır. Demək olar, debütant komanda çempion oldu”.

O.Kərimov “Azərreyl”in hədəflərindən danışıb: “Məqsədimiz yeni mövsümdə güclü heyətlə Azərbaycan çempionatında iştirak etməkdir. Qeyri-adi hadisə baş verməsə, avrokuboklarda oynamaq istəyirik. Hazırda komandanın heyətində 5 gənc voleybolçu məşq edir. Onların daha yaxşı inkişaf etmələri üçün səviyyəli legionerlərlə eyni komandada yer almaları vacibdir. Gənclərə şans verdiyimiz üçün qürurluyuq”.

Qeyd edək ki, bu gün qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının finalında "Azərreyl" ilə "Abşeron" üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi