"Azerreyl"in legioneri: Final görüşünün əhəmiyyətini başa düşürdük

"Azerreyl"in legioneri: Final görüşünün əhəmiyyətini başa düşürdük Final görüşünün əhəmiyyətini və önəmini başa düşürdük.
Komanda
23 Aprel , 2024 10:28
Azerreylin legioneri: Final görüşünün əhəmiyyətini başa düşürdük

Final görüşünün əhəmiyyətini və önəmini başa düşürdük.

"Report" xəbər verir ki, bunu "Azərreyl"in voleybolçusu Qonsales San Martin Pedro Azərbaycan çempionatının finalında "Az Murov Terminal"a 3:2 hesabı ilə qalib gəldikləri matçla bağlı danışarkən deyib.

Kubalı oyunçu qarşılaşmanın çox həyəcanlı keçdiyini söyləyib: "2-3-cü setdə bizim üçün çətin məqamlar oldu. Amma mövsüm ərzində hər zaman sonadək oynamışıq. Yenə sonadək mübarizə apardıq və matçı yüksək notlarla tamamladıq".

Pedro karyerası ilə bağlı hələlik qərar vermədiyini vurğulayıb: "Karyeramı harada davam etdirəcəyimi həyat göstərəcək. Hər zaman çalışmışam ki, çıxış etdiyim çempionatda ən yaxşı oyunumu göstərim".

Son xəbərlər

Orphus sistemi