Azərbaycanlı xokkeyçilər Çexiyaya qalib gəlib

Azərbaycanlı xokkeyçilər Çexiyaya qalib gəlib Otüstü xokkey üzrə kişilərdən ibarət Azərbaycan yığması Dünya liqasının 2-ci raundunun iki görüş keçirib
Komanda
10 Mart , 2015 22:02
Azərbaycanlı xokkeyçilər Çexiyaya qalib gəlib

Bakı. 10 mart. REPORT.AZ/ Otüstü xokkey üzrə kişilərdən ibarət Azərbaycan yığması CAR-da keçirilən Dünya liqasının 2-ci raundunun üçüncü və sonuncu görüşünü keçirib. "Report"un Sportbox.az-a istinadən verdiyi xəbərə görə, Çexiya ilə oynanılan görüşün əsas hissəsi 1:1 hesabı ilə bitib. 

Yığmamızın yeganə qolunu əsas vaxtda Şahzad Nəsir vurub. Penalti seriyası ilə davam edən görüşdə bizim idmançılar daha sərrast olublar (3:1).

Xatırladaq ki, bundan əvvəl yığmamız Fransaya (0:4) və Belarusa (3:4) məğlub olmuşdu.

Son xəbərlər

Orphus sistemi