​Azərbaycanın voleybol klubları Avropa kuboklarında mübarizəyə başlayır

​Azərbaycanın voleybol klubları Avropa kuboklarında mübarizəyə başlayır 4 klub 28-29 oktyabrda ilk görüşünü keçirəcək
Komanda
27 Oktyabr , 2015 17:59
​Azərbaycanın voleybol klubları Avropa kuboklarında mübarizəyə başlayır

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycanın qadın voleybolçulardan ibarət 4 klubu Avropa kuboklarında mübarizəyə başlayır. "Report"un məlumatına görə, "Lokomotiv", "Azərreyl", "Azəryol" və "Telekom" komandaları 28-29 oktyabrda ilk görüşlərini keçirəcəklər.

"Azəryol" klubu CEV kubokunun 1/16 finalında Rumıniyanın Tarqovitse şəhərinin eyniadlı komandası ilə qarşılaşacaq. Oktyabrın 28-də keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyunu bolqarıstanlı Borislav Yordanov və yunanıstanlı Teodora Kiriopoulou idarə edəcək.

Sabah həm də "Azərreyl" və "Lokomotiv" klubları Çempionlar Liqasında mübarizəyə qoşulacaq. Bu komandalar eyni qrupa düşüb. 

Bu komandalar eyni qrupa düşüb. A qrupunda gedən mübarizədə "Azərreyl" Almaniyanın "Ştutqart", "Lokomotiv" isə Rusiyanın "Dinamo" (Kazan) klubu ilə qarşılaşacaq. Oyunlar müvafiq olaraq, saat 18:00-da Bakıdakı Voleybol Mərkəzində və Kazandakı "Sankt-Petersburq" arenasında keçiriləcək. Paytaxtdakı görüş polşalı hakim Katarzina Sokolla estoniyalı Toomas Muruloya həvalə olunub. Kazanda isə finlandiyalı Kari Partiainen və kiprli Georgios Papageorgiou ədaləti qoruyacaq.

Çempionlar Liqasının E qrupunda mübarizəyə start verəcək "Telekom" isə ilk görüşünü oktyabrın 29-da Polşanın "İmpel Vrotslav" klubuna qarşı keçirəcək. Bakıdakı "Sərhədçi" İdman Olimpiya Kompleksində keçiriləcək oyun saat 17:00-da start götürəcək. Bu qarşılaşmada Ukraynadan Viktor Kozlovski və İsraildən Roy Qoren hakim qismində meydana çıxacaqlar.

Qeyd edək ki, "Azəryol" və "Lokomotiv" komandaları Çempionlar Liqasının A qrupunda "Dinamo" və "Ştutqart"la birgə yer alıblar. "Telekom"un mübarizə aparacağı E qrupunda isə "Fənərbağça", "İmpel Vrotslav" və "Drezdner" klubları yer alıb.

Son xəbərlər

Orphus sistemi