​Azərbaycanın qadın güləşçiləri Kiyevdə 7 medal qazanıb

​Azərbaycanın qadın güləşçiləri Kiyevdə 7 medal qazanıb Mariya Stadnik və Nataliya Sinişin qızıl medala sahib çıxıb
Komanda
14 Fevral , 2016 21:56
​Azərbaycanın qadın güləşçiləri Kiyevdə 7 medal qazanıb

Bakı. 14 fevral. REPORT.AZ/ Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XX beynəlxalq turnir keçirilib.

"Report"un məlumatına görə, turnirdə iştirak edən Azərbaycanın qadın güləşi üzrə yığma komandası 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

Qızıl medallara Mariya Stadnik (48 kq) və Nataliya Sinişin (58 kq) sahib olub. Stadnik keçirdiyi 4 görüşdə rəqiblərinə 1 xal belə verməyib. Finalda o, yerli idmançı Oleksandra Kohutu məğlub edib. Sinişin isə yarımfinalda komanda yoldaşı Yuliya Ratkeviçdən minimal hesabla üstün olub, finalda yerli idmançı Oksana Qerheli məğlub edib.

55 kq çəki dərəcəsində mübarizə aparan Anjela Doroqan turnirin gümüş medalına yiyələnib.

Bürünc medalları Almaz İsmayılova (55 kq), Yuliya Ratkeviç (58 kq), Tatyana Omelçenko (60 kq) və Gözəl Zutova (69 kq) qazanıb.

63 kq-da mübarizə aparan İrina Netreba bürünc medal görüşündə macar dünya çempionu Marianna Şaştinə uduzaraq turniri 5-ci sırada tamamlayıb. Eyni pilləni tutan daha bir güləşçi isə zədə səbəbindən mübarizəni davam etdirə bilməyən Leyla Qurbanova (53 kq) olub.

Son xəbərlər

Orphus sistemi