Azərbaycanın qadın atleti 12 rekordla Avropa çempionu olub

Azərbaycanın qadın atleti 12 rekordla Avropa çempionu olub Boyanka Kostova bütün rəqiblərini aşkar şəkildə geridə qoyub
Komanda
13 Aprel , 2015 22:58
Azərbaycanın qadın atleti 12 rekordla Avropa çempionu olub

Bakı. 13 aprel. REPORT.AZ/ Tiflis şəhərində keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı davam edir.

"Report" xəbər verir ki, bu gün Azərbaycan yığmasının daha bir üzvü – Boyanka Kostova qadınların mübarizəsində körpücük üzərinə çıxıb.

58 kq. çəki dərəcəsində yarışan atletimiz ilk yanaşmasında 100 kq-ı ram edərək ən yaxın rəqibini 7 kq qabaqlayıb və liderliyi ələ alıb. Daha sonra 105 kq-ı rahatlıqla qaldıran Boyanka, Avropa U-23 rekordunu yeniləyib.

Birdən qaldırmada son yanaşmasında 109 kq. üçün ştanqa yaxınlaşan atlet, onu da ram edərək böyüklər arasında Avropa rekordunu yeniləyib.

Təkanla qaldırmada ilk yanaşmasında 125 kq-ı qaldıran Kostova birdən-birə iki rekordu yeniləyərək böyüklər arasında həm təkanla qaldırma, həm də yekun sıralamadakı qızıl medalı özünə təmin edib.

İkinci yanaşmada məşqçilər heyəti idmançımız üçün 132 kq. sifariş verib. Bu cəhdini də uğurlu edən Kostova daha iki – artıq özünə məxsus U-23 rekordu yeniləyib. Üstəlik, toplamda 241 kq. nəticə göstərən Kostova, böyüklər arasında rus Svetlana Tsarukayevaya məxsus 238 kq-lıq rekord da qırıb.

Təkanla qaldırmada son yanaşmasında 137 kq. üçün körpücüyə qalxan Boyanka daha iki rekordu aktivinə yazıb. Bu, həm də U-23-də daha iki rekord demək idi.

Beləliklə, 246 kq. (109+137) nəticə göstərən Boyanka Kostova bütün rəqiblərini aşkar şəkildə üstələyərək Avropa çempionu olub. O, U-23-də 8, böyüklər arasında isə 4 rekordu – birdən qaldırma, təkanla qaldırma və iki dəfə toplamda – yeniləyərək tarixi nəticəyə imza atıb.

2012-ci ildə Türkiyənin Antalya şəhərində də Avropa çempionu olmuş Kostova, artıq bu titulun ikiqat sahibidir.

Yarışda 38 ölkədən 268 ağır atlet (112 qadın və 156 kişi) iştirak edir. Çempionat aprelin 18-də yekunlaşacaq.

Son xəbərlər

Orphus sistemi