​Azərbaycanın iki voleybol klubu avrokuboklarda növbəti oyununu keçirəcək

​Azərbaycanın iki voleybol klubu avrokuboklarda növbəti oyununu keçirəcək "Telekom" Çempionlar Liqasında, "Azəryol" isə CEV Kubokunda qüvvəsini sınayacaq
Komanda
10 Dekabr , 2015 15:55
​Azərbaycanın iki voleybol klubu avrokuboklarda növbəti oyununu keçirəcək

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azəryol" və "Telekom" klubları bu gün avrokuboklarda növbəti oyunlarını keçirəcək. "Report"un məlumatına görə, "Telekom" Çempionlar Liqasında, "Azəryol" isə CEV kubokunda qüvvəsini sınayacaq.

E qrupunda sonuncu pillədə qərarlaşan "Telekom" bu dəfə Almaniyanın "Drezdner" klubunu qəbul edəcək. Görüş "Sərhədçi" İdman Olimpiya Kompleksində baş tutacaq. Rusiyalı Yevgeni Makşanov və bolqarıstanlı İlian Georgiyevin idarə edəcəyi oyun saat 17:00-da başlayacaq. "Telekom" qrupda keçirdiyi əvvəlki oyunlarda Polşanın "İmpel" və Almaniyanın "Drezdner" klublarına 0:3, Türkiyənin "Fənərbağça" komandasına 2:3 hesabı ilə məğlub olub. Azərbaycan təmsilçisi hazırda 1 xalla qrup sonuncusudur. "Telekom" qrupdakı qalan iki oyununu yanvarın 21-də Bakıda "Fənərbağça"ya, 27-də isə səfərdə "İmpel"ə qarşı keçirəcək.

"Azəryol" isə CEV Kubokunun 1/8 finalında Finlandiya "Salo"sunun qonağı olacaq. Belaruslu Kanstantsin Osipçuk və rusiyalı Pavel Andersonun idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Komandaların cavab görüşü dekabrın 16-da Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi