​Azərbaycanın hokkey yığması Avropada 10-cudur

​Azərbaycanın hokkey yığması Avropada 10-cudur Kişilərdən ibarət komanda reytinq cədvəlində dünya ölkələri arasında 31-cidir
Komanda
23 Yanvar , 2015 09:49
​Azərbaycanın hokkey yığması Avropada 10-cudur

Bakı. 23 yanvar. REPORT.AZ/ Beynəlxalq Otüstü Hokkey Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. "Report"un məlumatına görə, siyahıda qadınlardan ibarət Azərbaycan yığma komandası 684 xalla dünya ölkələri arasında 19-cu yerdə qərarlaşıb.

Avropa ölkələri arasında isə yığma 10-cudur. 322 xala malik kişilərdən ibarət yığma reytinq cədvəlində dünya ölkələri arasında 31-ci, Avropa ölkələri arasında 14-cü yeri tutur. 

Qeyd edək ki, siyahı 2011-ci ildən indiyədək göstərilmiş nəticələr əsasında hesablanıb. Qadın millilərinin reytinq siyahısına 2639 xalla Hollandiya, kişilərdən ibarət yığmaların siyahısına isə 2534 xalla Avstraliya başçılıq edir. 

Son xəbərlər

Orphus sistemi